Kokpit.az bildirir ki, Li artıq 18 il idi ki, Red Bull-da işləyirdi. O, Maks Ferstappenin qazandığı bütün qələbələrdə sürücünün baş mexaniki olmuş və komandanın əsas adamlarından biri idi. 2020-ci ildə Macarıstan yarışından əvvəl Maks Ferstappen qəza etmiş və maşının yenidən düzəldilməsində Stivenson mexaniklərə liderlik etmişdi. Britaniyalı mütəxəssisin Maks Ferstappenlə arası yaxşı idi.
Britaniya mətbuatı xəbər verir ki, Linin növbəti iş yeri Audi komandası olacaq. Hazırda bu barədə rəsmi açıqlama olmasa da, Linin Red Bull-dan ayrıldığı rəsmiləşib.
Li Stivenson dünən Red Bull-un bazasında son gününü keçirib və o komandası ilə bu sözlərlə vidalaşıb: “Bu gün Red Bull-dakı son günümdür. Burada inanılmaz 18 ili geridə qoydum. Bu vaxt ərzində komanda ilə möhtəşəm uğurlar qazandıq. Bütün komandaya təşəkkür etmək istəyirəm, çünki bura 2006-cı ildə gələndə poul, yarış və çempionluq qazanacağımızı düşünməmişdim, amma hamısını bacardıq.
İndi isə yeni bir səhifə açılır və bazar ertəsi Yaponiyaya uçaraq pit yolunun digər ucundakı komanda ilə işləməyə başlayacağam. Önümdə böyük mübarizə olsa da, buna hazıram”.
Şərh əlavə et