Kokpit.az xatırladır ki, hazırda sürücü bazarında çox söz-söhbətlər var, amma aktiv olan bazar təkcə sürücü bazarı deyil. Red Bull komandasının texniki direktoru Ədrian Nyuini hamı öz heyətində görmək istəyir və ona gələn təkliflərin ardı-arası kəsilmir.
Nyuiyə son təklifi Aston Martin komandası göndərib. Bu, Lourensin əfsanəvi mühəndisə göndərdiyi ilk təklif deyil. Lourens daha əvvəl də ona yaxşı təklif göndərsə də, razı sala bilməmişdi.
Son təklif isə Ciddədə olub. Onlar orada eyni oteldə qalıblar və təsadüfən görüşüblər. Daha sonda isə ətraflı danışıqlar üçün görüş günü təyin olunub. Ədrian həmişə yaxşı təkliflər alsa da, 20 ildir ki, Red Bull-dan ayrılmır. Red Bull-da olan stabillik, qələbə istəyi, sərbəstlik və yaxşı maaş onu qane edir. Ancaq hazırda şərtlər dəyişə və Nyui fərqli qərarlar verə bilər.
Son hadisələr Red Bull-u sarsıb və komandada böyük dəyişikliklər baş verə bilər. Əgər dəyişiklik olsa, Nyui də başqa təklifləri dəyərləndirə bilər. Əgər Red Bull-da istədiyi ab-hava yaranmasa, o, uzun illər işlədiyi Red Bull-u tərk edə və oradan 30 kilometr aralıda yerləşən Aston Martin-in bazasına keçə bilər.
Şərh əlavə et