Kokpit.az xatırladır ki, Günter Ştayner 2016-2023-cü illərdə Haas komandasına rəhbərlik etmiş və keçən ilin sonunda axırıncı yeri tutduqlatı üçün göndərilmişdi.
Lakin 58 yaşlı mütəxəssis hazırda Sky Almaniya kanalında təhlilçi işləyir və Avstraliyada paddokda podium intervyularını o almışdı. Ştayner indi də Mayami Qran Prisinin elçisi olacaq və təqvimə yeni daxil olmuş yarışlardan birinin təqdimatını edəcək.
Günter Ştayner: “İlin ən sevdiyim yarışlarından biri olan Mayamidə səfir kimi işləyəcəyim üçün həyəcanlıyam. Formula 1-in ABŞ-da böyüməsini hamıdan əvvəl gördüm. Xüsusən də Mayami Qran Prisinin böyük potensialı var.
Bu yarış təşkilatçıların cəsur yanaşmasını, Amerika şousunu, Formula 1 yarışlarını trasda və şəhərdə canlı ab-havada birləşdirir”.
Mayami Qran Prisinin rəhbəri Tayler Epp: “Günteri artıq hamı tanıyır və yarışımız üçün əla səfirdir. İdmanın rəqabətədavamlı ruhunu təmsil edir və Amerikada Formula 1-in taleyini çox yaxşı anlayır.
Onun kimi səmimi, etibarlı və təcrübəli birinin komandamıza qatılması həyəcanı artıracaq. O, yarış həftəsonunu başqa səviyyəyə yüksəldəcək”.
Günter Ştayner gələcəyi barədə qəti danışmır: “Bu mövsümün əvvəlində Haas-dan ayrıldıqdan sonra həyat gözəl idi. On ildən sonra ilk dəfədir ki, Formula 1-dən belə uzaq qalıram. Bu mənim üçün yaxşı oldu. Vaxt keçdikcə anladım ki, Haas-da çox uzun müddət qalmışam. Gələcəkdə Formula 1-ə qayıda bilərəm, amma bu doğru layihə olmalıdır”.
Şərh əlavə et