Kokpit.az xatırladır ki, Sauber komandası Bəhreyndə hər iki sürücüsü ilə də pit-stop problemi yaşamış və problemləri azaltmaq üçün “məhdudiyyət” adlandırılan dəyişikliyi etmişdi.
Lakin Valtteri Bottas Avstraliyada 28 saniyə davam edən və xal qazanma şansını əlindən alan problem yaşayıb. Burada qayka açan tapancadan detal düşüb və fırlana-fırlana pit yoluna düşüb. Bu hal təhlükəli olduğu üçün FİA-nın komisarlarına raport edilib.
Komisarlar hadisəni araşdırdıqdan sonra qərara alıblar ki, Sauber komandası pit-stop edərkən qayka açan zədələnib və bu təhlükəli haldır. Buna görə də Sauber komandasına pul cəzası verilib.
Sauber komandasının yarış direktoru Çevi Puxolar: “Bu hadisə yaşanmamalı idi, amma buna səbəb olacaq hər hansı dəyişiklik etməmişdik. Sərbəst yürüşlərdə və pit-stop məşqlərində də hər şey qaydasında idi.
İlk yarışdan etibarən pit-stoplarda çarpaz dişlərdə problemlər tapmışdıq. Amma yarışda işlər daha da çətinləşirlər. Avstraliyada bəzi önləmlər aldıq və kiçik dəyişikliklər etdik. Amma yenə də pit-stopda problem yaşadıq.
Belə olanda işlərimiz daha da çətinləşir. Bu komanda ilə bağlı problem deyil. Komanda hər şeyi düzgün edir. Avadanlıqlrla bağlı problemlərimiz var. Sadəcə həll yolunu və detalları tapmaq üçün zamanımızın olmasından əmin olmalıyıq. Yaponiyada bunu düzəltməyə çalışacağıq”.
Şərh əlavə et