Kokpit.az xatırladır ki, Maks Ferstappen yarışa pouldan başlasa da, ikinci dövrədə əyləc problemi yaşayaraq, mübarizəni dayandırıb. Bundan sonra Karlos Sayns yarışı rahatlıqla qazanıb, Şarl Lekler isə ikinci yeri tutaraq, Ferrari-yə 2022-ci ildən sonra ilk qələbə dublunu gətirib. Monakolu sürücü yarışın son dövrələrində sürətli dövrə vuraraq əlavə 1 xal da qazanıb.
Şarl Lekler: “Komanda olaraq özümüzü yaxşı hiss edirik. Bunu bacarmaq inanılmazdır. Karlos əməliyyatdan qayıtdlqdan sonra əla həftəsonu keçirdi. Mən isə ilk pitdən sonra Hard təkərlərlə çox çətinlik çəkdim. Son təkərlərimiz daha yaxşı işlədi. Birinci və ikinci yer bizim üçün ən yaxşı nəticə idi.
İlk təkərlərdə arxa tərəfi qorumalı idik. Buna görə pitə tez gəldik. Ondan sonra Karlos sürətli idi və mən bu təkərlərdə çətinlik çəkirdim. Məncə, ilk pitdən sonra hər şey məlum oldu.
Karlos bütün həftəsonu ərzində daha yaxşı işlədi. Qələbəyə qətiliklə layiq idi. Ona və komandaya görə çox sevincliyəm. Əla xal qazandıq. Bundan yaxşısını bacara bilməzdik”.
Qeyd edək ki, Lekler bu ikinclikdən sonra Sürücülər Çempionatında Serxio Peresi qabaqlayaraq, ikinci yerə yüksəlib.
Şərh əlavə et