Kokpit.az xatırladır ki, yarışa dördüncü yerdə başlayan britaniyalı sürücü komanda əmri ilə komanda yoldaşı Oskar Piastrini keçib və bu mövsüm McLaren-ə ilk podiumu qazandırıb.
Lando Norris: “Bizim üçün çox yaxşı gün oldu. Çox xoşbəxtəm və komandamla qürur duyuram. Üçüncü və dördüncü olmaq daha çox xal qazanmaq deməkdir. Şarlı əlimizdən qaçırdıq. Tempimiz ondan bir az yaxşı idi. Məncə, ikinci ola bilərdik və tempimiz bunun üçün yetərli idi. Ancaq Ferrari və Karlos əla iş gördülər. Onları təbrik edirəm. Bütün həftəsonu ərzində sürətli idilər.
Özümü yaxşı hiss etdim. Təkərlərə yaxşı nəzarət edirdim. Bu, yaxşı addım idi. Podiumda olmağı gözləmirdim. Buna görə çox xoşbəxtəm.
Bu tras bizim üçün daha əlverişlidir. Buna görə də var qüvvəmizlə sürə bildik. Ferrari və Red Bull-a çatmaq üçün çox iş görməliyik. Onlar hələ bizdən bir addım öndədirlər”.
Şərh əlavə et