Kokpit.az xatırladır ki, ispaniyalı sürücü Səudiyyə Ərəbistanı yarışından əvvəl apendisit əməliyyatına girmiş və Ciddədəki yarışı buraxmalı olmuşdu. Biryarışlıq fasilədən sonra Melburnda yenidən komandaya qayıdan Karlos Sayns yarışa ilk cərgədən başlayıb və ikinci dövrədə liderliyi əlinə keçirib. Bundan sonra yarışın əsas favoriti Maks Ferstappen mübarizəni dayandırıb.
Bundan sonra Karlos Sayns hər şeyi nəzarətdə saxlayıb və finişə birinci yerdə çatıb.
Karlos Sayns: “Doğrudan da gözəl yarış idi. Orada özümü yaxşı hiss edirdim. Təbii ki çətin idi. Xüsusən də fiziki cəhətdən. Lakin tək başıma idim və hər şeyə nəzarət edə bildim. Burada bəxtim gətirdi.
Çox xoşbəxtəm və komandamla qürur duyuram. Burada Şarlla qələbə dublu etmək məni çox sevindirir. Bu da onu göstərir ki, çox işləməyin qarşılığını almaq olur və həyat çox dəlisovdur.
İlin əvvəlində olanlar, sonra Bəhreyndə podium, sonra apendisit əməliyyatı geridönüş və qələbə… Bu əsl sürət qatarına bənzəyir. Bundan sonra bütün sürücülərə apendisitlərini aldırmalarını məsləhət görəcəm”.
Karlos Sayns üçqat Dünya Çempionu Maks Ferstappenə etdiyi hücumu belə şərh edib: “İlk dövrədə hiss etdim ki, ona çata bilərəm və DRS-dən istifafədə etməyə çalışdım.
O, üçüncü döngədə maşınını itirdi və onu keçmək üçün fürsətim yarandı. Arxasına çatan kimi əyləclərlə mübarizə aparmağa başladı və onun üçün hər şey bitdi. Heyif oldu. Qələbə üçün onunla mübarizə apara bilərdim, amma qazandığım üçün sevincliyəm”.
Şərh əlavə et