Kokpit.az xatırladır ki, niderlandlı sürücü Avstraliyada sıralanma turuna qədər heç bir sessiyada zirvədə yer ala bilməyib. Əksəriyyət düşünürdü ki, poulu Ferrari komandası qazanacaq.
Maks Ferstappen sıralanma turunun ilk iki hissəsində üçüncü olsa da, son sessiyada gücünü göstərib və ən yaxın rəqibi Karlos Saynsa 0.3 saniyə fərq ataraq, poul qazanıb.
Maks Ferstappen: “Sıralanma turunda poul qazanmaq bizim üçün inanılmaz idi, amma son sessiyadan razıyam. Hər iki cəhdim də gözəl və əyləncəli idi. İndiyə qədər keçirdiyimiz ən çətin həftəsonu idi, amma birinci ola bildik. Buna görə xoşbəxtik.
Ferrari yarış tempində güclü görünür. Görək sabah nə olur. Bu hal yarışı həyəcanlı edəcək”.
Şərh əlavə et