Kokpit.az xəbər verir ki, hadisənin baş verdiyi şəraiti nəzərə alan stüardlar belə qənaətə gəliblər ki, Hülkenberq Peresdən yayınmaq üçün optimal trayektoriyadan çıxmalı, sürəti azaltmalı və əyləc pedalını həmişəkindən tez basmalıdır. Stüardlar əlavə ediblər ki, Red Bull komandası diqqəti qarşıdakı avtomobilə yönəldiyi üçün sürücüsünə Nikonun yaxınlaşması barədə çox gec xəbərdarlıq edib.
Beləliklə, Serxio Peres bazar günü yarışa Lando Norris, Şarl Lekler və Oskar Piastridən sonra 6-cı yerdən start başlayacaq. Onu da qeyd edək ki, aktivində 8 cərimə balı olan meksikalı sürücü bu dəfə balla cərimələnməyib.
Şərh əlavə et