Kokpit.az xatırladır ki, taylandlı sürücü Avstraliyadakı birinci sərbəst yürüşlərin bitməsinə yaxın bariyerlərə çırpılıb. Buna görə də sessiya qırmızı bayraqlarla dayandırılıb.
Elbon qəzada yaralanmasa da, Williams komandası sürücünün ikinci sərbəst yürüşlərdə olmayacaq.
Komanda bu barədə belə açıqlama verib: “Maşındakı problemin hansı dərəcədə olduğuna baxmamız üçün Aleks ikinci sərbəst yürüşlərə qatılmayacaq. Aleks qəzada yaralanmayıb”.
Aleks qəza etsə də, sessiyanı 12-ci yerdə bağlayıb. Loqan Sarcent isə 14-cü yeri tutub. Bu isə o deməkdir ki, ikinci sərbəst yürüşlərdə Williams-dan ancaq Loqan Sarcent iştirak edəcək.
Şərh əlavə et