Xəbəri Kokpitdə Oxuyun!

Okon gələcəyini düşünür

Alpine komandasının sürücüsü Esteban Okon Formula 1-dəki gələcəyi üçün artıq danışıqlara başlayıb.

Kokpit.az xatırladır ki, fransalı sürücünün komandası Alpine ilə müqaviləsi ilin sonunda başa çatacaq. 27 yaşlı pilot hazırda Mercedes komandası tərəfindən idarə olunur və Lyuis Həmilton ilin sonunda “gümüşü oxlar”ı tərk edəcəyi üçün orada bir boş yer var. Alpine isə mövsümə pis başlayıb və ilk iki yarışdan əliboş qayıdıb. Buna görə də Estebanın başqa komandalarla maraqlanması təbiidir.

Esteban Okon bildirib ki, Alpine-dən başqa komandalarla da danışıqlar aparır: “İlin sonunda peşman olmaq istəmirəm. Trasda və tras xaricində çox işimiz olacaq. Müqaviləm bitdiyi üçün təbii ki, başqa komandalarla danışıqlar aparacağıq.

Danışıqlar çoxdan başlayıb, amma bu hamı üçün normaldır. Hələ bu danışıqlar üçün ölmürəm, ancaq 2019-cu ilə nisbətən fərqli mövqedəyəm. Artıq həm yarış qalibi, həm də podium qazanmış sürücüyəm. Mənim lehimə çox arqument var”.

Rauf Hacıyev

Şərh əlavə et