Xəbəri Kokpitdə Oxuyun!

BMW Vision Neue Klasse X təqdim edilib

BMW yeni arxitektura əsasında yaradılmış idman elektrokrossoverinin konseptini təqdim edib.

Yaradıcılarının fikrincə, innovativ idarəetmə sistemini alacaq krossover 2025-ci ildə BMW-nin Debresendəki zavodunda kütləvi istehsala buraxılacaq.

“BMW Vision Neue Klasse kimi, Vision Neue Klasse X də gələcək BMW seriyasının müxtəlifliyini nümayiş etdirir. Neue Klasse müştərilərin bu gün və gələcəkdə avtomobildə nə istədiklərini özündə əks etdirir. Neue Klasse sadəcə bir avtomobil və ya konseptdən daha çox şeydir. O, BMW brendinin imicini yenidən müəyyənləşdirir”, – deyə BMW-nin baş direktoru Oliver Zipse yeni məhsulu şərh edib.

BMW qeyd edir ki, Neue Klasse üçün altıncı nəsil eDrive texnologiyasına malik yeni şassi hazırlanıb. Avtomobil dörd “superbeyin”i özündə birləşdirən BMW proqramı əsasında hazırlanıb. Gözlənilir ki, bir neçə yüksək performanslı kompüter birlikdə işləyəcək və bununla da avtomobil sənayesində əvvəllər heç vaxt görülməmiş hesablama gücünü təmin ediləcək.

Şirkət ayrıca yeni məhsulun dizaynını və onun geniş interyerini, eləcə də yenidən işlənmiş sükan çarxını, mərkəzi sensor displeyini və təkmilləşdirilmiş səs idarəetmə sistemini vurğulayır.

Elçin Zodorov

Şərh əlavə et