Kokpit.az xatırladır ki, Alpine komandası bu mövsüm ilk iki yarışda xalsız qalıblar və ən zəif komanda təəssüratı yaradıblar. Lakin Fransa komandası Avstraliyadakı yarışdan əvvəl bazada gərgin rejimdə işləyib.
Pyer Qasli: “Melburna hazıram. Mövsüm gözlədiyimiz kimi başlamadı, amma bilirdik ki, çətin olacaq.
Keçən həftə Enstoundakı bazada bir neçə gün vaxt keçirdim. Mühəndislərlə danışdım və boliddə özümü necə hiss etdiyimi onlara dedim. Komandamız istəklidir və işlərinə kökləniblər. İşləməyə davam edirik və Melburndakı yarışda maşınımız haqqında daha çox məlumat toplayacağıq”.
Esteban Okon: “Hər yarış bizim üçün yeni bir fürsətdir. Avstraliyada rəqiblərimizlə mübarizə apara bilərik. Yəni ki, ora üçün pozitiv düşünürük.
Bilirik ki, bolidimizin potensialı məhduddur. Trasa çıxanda əlimizdən gələnin ən yaxşısını etməliyik və bunun fərqindəyik.
Sadəcə özümdən və A524-ün potensialından yox, eyni zamanda bütün komandadan, taktikalardan, pit-stoplardan və yaxşı sazlanmaları tapmaqdan məsulam. Bu il nəticələr çox yaxındır və xal almaq çox vacibdir, çünki Ciddədə gördük ki, çempionatın balansı tez-tez dəyişir”.
Şərh əlavə et