Kokpit.az xəbər verir ki, bu maşından sadəcə 7 ədəd istehsal ediləcək. Bildirilir ki, maşını hazırlayanlar Alp dağlarının landşaftından ilhamlanıblar. Bu maşın qış aylarında açıq hava idmanını sevənlər üçün yaradılıb.
Range Rover Sport Park City Edition modeli 500 at gücündən çox gücə malik üç litrlik hibrid mühərriklə təchiz edilib. Avtomobil 100 km/saat həddinə 5,1 saniyəyə çatır, Range Rover Sport-un maksimal sürəti isə 242 km/saat təşkil edir.
Range Rover Sport Park City Edition-ın qiyməti 169 min dollardır. Maşın eksklüziv aksessuarlar dəsti, həmçinin Hinterland xizəkləri ilə birlikdə satılır. Eyni zamanda, Land Rover hər avtomobil satışından əldə edilən gəlirin bir hissəsini şirkətin mərkəzinin yerləşdiyi Park City-də xeyriyyə layihələrinə bağışlayacağını vəd edir.
Şərh əlavə et