Kokpit.az xatırladır ki, Formula 1-də ilk gecə yarışını 2008-ci ildə Sinqapur təşkil etmişdi. Ondan sonra Yaxın Şərq ölkələrin də gecə yarışı təşkil edilməyə başlanılmışdı.
Keçən il isə sürücülər Las Veqasda süni işıqlar altında yarışmışdılar. Lakin Avropada hələ də gecə yarışları təşkil edilməyib. Ancaq bunu 2026-cı ildə Formula 1-i qəbul etməyə hazırlaşan Madrid şəhəri edə bilər.
Yarış təşkilatçıları Səudiyyə Ərəbistanındakı son yarışı ziyarət edərək yarışların gecə süni işıqlar altında necə keçirildiyini əhatəli formada araşdırıblar.
Kəsintisiz güc resursunu təmin etmək, yetərli formada ehtiyat şəbəkə təqdim etmək, müasir standartları qarşılayan işıq şəbəkələrini düzəltmək və 5.5 kilometrlik əraziyə işıqlandırma qurğularını döşəmək çox çətin işdir.
İspaniya mətbuatı xəbər verir ki, Madriddəki yarış 2026-cı ilin sentyabr ayında keçiriləcək və bunları hazırlamaq üçün yetərli vaxt yoxdur. Düzdür, gecə yarışı azarkeşlər üçün daha maraqlıdır, amma bu təşkilatçılar üçün baha başa gəlir.
İspaniya mətbuatı bildirir ki, yarış təşkilatçıları Madridin Ticarət Təşkilatı ilə razılaşıb. Liberty Media-dan başqa əyləncə sektorunda olan Meksika şirkəti Oseca da layihəyə qatılmalıdır.
Bəzi iddialara görə isə Madrid bu işdə Zandfort trasının təşkilatçılarından kömək istəyəcək.
Şərh əlavə et