Kokpit.az xatırladır ki, Maks Ferstappen Ciddədə əla performans göstərərək, ardıcıl 9-cu qələbəsini qazanıb və öz rekordunu təkrarlamaq üçün sadəcə 1 yarış qalıb.
Mixael Şmit: “Maksın üstünlüyü keçmişdəkinə nisbətən daha çoxdur. Bu da maşınların Şumaxerin dövründəkinə nisbətən daha təhlükəsiz olmasından irəli gəlir. Hətta Ayrton Senna və Cim Klark dövründən daha çox dözümlüdürlər. O vaxt etibarsızlıq problemləri bu dövrə nisbətən daha çox rol oynayırdı. Bəzən texniki problemlər oynayırdı ya da düzgün strategiya seçmirdilər.
Artıq belə hallar çox olmur. Red Bull demək olar ki, Maks Ferstappen qədər mükəmməldir. Maşın da, motor da tank kimidir. Hazırda onu məğlub edəcək bir adam tanımıram. Əgər birinci yerdən start alsa, yarışa yaxşı başlayır. Səhv də etməsə, bu adamı kim məğlub edə bilər?
Qətiliklə deyə bilərəm ki, Maks möhtəşəm fenomendir. Böyük ehtimalla iki-üç ildən sonra onun Mixael Şumaxer və Ayrton Sennadan üstün olduğunu görəcəyik”.
Maks Ferstappen çıxdığı 188 yarışın 100-də podium görərək, mükəmməl statistikaya sahib olub.
Şmit bu barədə bunları deyib: “Bu, dəlisov statistikadır. Artıq səhv də etmir. Karyerasının əvvəlində etdiyi səhvlər ona baha başa gəlirdi. Podiumlar və xallar itirirdi. Artıq belə hallar yaşanmır.
Şumaxer və Senna bəzən səhvlər edərdilər, amma Ferstappenin səhv etdiyini ya da maşınını divara vurduğunu görmürəm. Bunun xəyalı belə mümkün deyil”.
Şərh əlavə et