Kokpit.az xatırladır ki. Red Bull keçən il RB19 ilə 22 yarışdan 21-i qazanmışdı. Buna əksəriyyət düşünürdü ki, RB20-nin dizaynı RB19 ilə eyni olacaq. Ancaq son iki ilin Dünya Çempionları tamamilə fərqli konsept seçərək hamını yanıldıblar.
Yeni konseptə keçən Red Bull yenə də qarşısıalınmaz olub və mövsümün ilk iki yarışında rahatlıqla qalib gəliblər.
Ədrian Nyui: “Diqqəti cəlb edən detallar təbii ki, aerodinamika cəhətdən inkişafı göstərir. Lakin bolidin dizaynı bolidin inkişafına öz töhfəsini verə bilər ya da tam əksi – daha az görünən detallar maşına daha çox şey qazandıra bilər. Çalışdıq ki, bütün traslarda güclü olan maşın düzəldək. Keçən il asfaltayatma qüvvəsinə güclü tələbi olan traslarda çətinlik çəkdik. Sinqapurda potensialımızı göstərə bilmədik. Bir az yaxşı olsaydıq, orada qətiliklə bir podium qazana bilərdik. Lakin bu traslarda rəqiblərimizə nisbətən daha az üstünlüyümüz var. Ümid edirəm ki, elə traslarda fəlakət yaşamarıq”.
Şərh əlavə et