Xəbəri Kokpitdə Oxuyun!

Sauber Avstraliyada adını dəyişəcək

Hazırda Stake F1 Team adı altında çıxış edən Sauber komandası Avstraliya Qran Prisində adını dəyişəcək.

Kokpit.az xatırladır ki, Sauber komandası bu il Stake F1 Team Kick Sauber adı altında çıxış edir. Lakin Avstraliyada qumar reklamları yasaqlandığı üçün Melburnda Stake F1 Team adından istifadə olunmayacaq. Komanda Albert Park trasında Kick Sauber adı altında çıxış edəcək.

İsveçrə komandası müzakirəyə açıq olan bu adı dəyişmək istəməsə də, İspaniya, Belçika və Qətərdə başqa ad altında çıxış etməlidir.

Komandanın rəhbəri Alessandro Alunni Bravi: “Keçən il komandalar yarışdıqları ölkələrə görə adlarını dəyişdirdilər. Biz də bütün yerli qaydalara tamamilə uyğunlaşırıq. Qumar reklamının yasaq olduğu yerlərdə fərqli addan istifadə edəcəyik.

Kick keçən il olduğu kimi bu il də önəmli ortaqlarımızdan biridir. Bolidin təqdimatı da Kick.com saytında canlı yayımlanmışdı. Şassinin adı Sauber-dir. Buna görə də Stake-in yasaq olduğu ölkələrdə ikinci adımızdan istifadə edəcəyik”.

Rauf Hacıyev

Şərh əlavə et