Xəbəri Kokpitdə Oxuyun!

A.Komatsu: Avstraliya fərqlidir

Haas komandasının rəhbəri Ayao Komatsu düşünür ki, onlar təkər yeyilmə problemini həll ediblər.

Kokpit.az xatırladır ki, Haas komandası əvvəlki illərdə təkər yeyilməsindən əziyyət çəkirdi. Buna görə də bir neçə dəfə vacib xallar itirmişdi.

Lakin Amerika təmsilçisi yeni mövsümə yaxşı başlayıb və mövsümün ikinci yarışı olan Ciddədə Niko Hülkenberqlə xal qazanıb.

Ayao Komatsu: “Qış testlərində əsasən keçənilmi problemimiz olan yarış tempinə kökləndik. Tamamilə fərqli traslarda və fərqli şəraitdə keçən ilk iki yarışdan sonra irəliyə doğru addım atdığımızı görürük və sevincliyik.

Lakin tam nəticəni görmək üçün fərqli traslarda, fərqli təkərlərlə və fərqli iqlim şəraitində ən az 4 Qran Pri keçirməliyik. Qış testlərində gördük ki, orta qrupdakı 4 komanda ilə 9-10-cu yerlər uğrunda mübarizə apara bilərik.

Bəhreyn Qran Prisindən sonra bir az kefim yox idi, çünki düşünürdüm ki, strategiya cəhətdən daha yaxşısını edə bilərik. Ciddədə isə bunu bacardıq. Kevin Nikoya kömək etdiyi üçün strategiya əla işlədi. Bundan sonra hər ikisi də qüsursuz sürdü. Kevin hədəfdə olan dövrəvi zamana kökləndi cə Niko səhv etmədən fərqi açdı.

Melburn yarışını səbirsizliklə gözləyirəm. Bu trasız özünəməxsus xüsusiyyətləri var. Asfaltayatma qüvvəsi cəhətdən Bəhreynə bənzəyir, amma qalan şeylər çox fərqlidir. Bolidi sazlayarkən yarış tempinə fokuslanacağıq. Təkər yeyilməsi isə nə Ciddədəki kimi az nə də Bəhreyndəki kimi çox olacaq. Orta yerdə gözlənilir. Bu il indiyə kimi yeyilmə ilə bağlı problemlə üzləşməmişik. Görək bu həftəsonu necə olur”.

Rauf Hacıyev

Şərh əlavə et