Xəbəri Kokpitdə Oxuyun!

Red Bull rəngini dəyişəcək

Red Bull komandası Mobil 1-in 50 illiyi münasibətilə ən az bir yarışda xüsusi rəng çaları ilə yarışacaq.

Kokpit.az bildirir ki, Mobil 1 yağ brendi Formula 1, NASCAR və başqa seriyalarda istehsalçıları yağla təmin edir. Mobil 1 2017-ci ilə qədər McLaren-lə işləmiş, sonra isə Red Bull komandasına keçid etmişdi.

Bu il 50-ci yaşını qeyd edən Mobil 1 şirkəti bunun üçün xüsusi rəng çaları hazırlayır. Buna görə də Red Bull-dan başqa NASCAR-da Mobil 1 istifadə edən Stewart-Haas vi 23 Xl Racing, Formula E-də mübarizə aparan Porsche üçün “40 ikonik rəng çaları” hazırlanıb.

Xatırladaq ki, Red Bull komandası keçən il ABŞ-da keçirilən 3 yarışda azarkeşlər tərəfindən hazırlanan rəng çalarları ilə yarışmışdı. Bu il Mobil 1 rəng çalarında hansı yarışlarda çıxış edəcəkləri isə hələ açıqlanmayıb.

Rauf Hacıyev

Şərh əlavə et