Kokpit.az xatırıadır ki, mövsümöncəsi qış tesrləri və ilk iki yarışın vaxtları bir-birlərinə yaxın olduqları üçün komandalar fevralın 20-dən sonra bazalarına qayıda bilməmişdilər. Lakin Səudiyyə Ərəbistanı Qran Prisindən sonra ikihəftəlik fasilə olduğu üçün komandalar bazalarına qayıdaraq işləməyə imkan tapıblar.
McLaren komandasının sürücüləri də Avstraliya yarışına artıq hazırdırlar. Onların hər iki mövsümün ilk iki yarışından xallarla qayıdıblar. Avstraliyada da hədəf seriyanı davam etdirməkdir.
Öz ölkəsində yarışmağa hazırlaşan Oskar Piastri: “Publikamın önündə yarışacağım üçün sevincliyəm. Onların önündə yarışmağın həzzi ayrıdır. Gözəl yarış həftəsi olacaq və əminəm ki, trasda gözəl ab-hava olacaq.
Mövsümə yaxşı başladıq. Səudiyyə Ərəbistanında dördüncü oldum. Keçən həftə bazaya geri qayıtfım və orada bəzi məlumatları təhlil etdik. Artıq tribunada çoxlu sayda narıncı geyimli azarkeşlər görmək üçün səbirsizlənirəm”.
Lando Norris də sükan arxasına qayıtmaq üçün səbirsizlənir: “Avstraliya yarışına qayıtmaq üçün səbirsizlənirəm. Melburn əyləncəli trasdır və yerli azarkeşlər yarış zamanı əla ab-hava yaradırlar.
Keçən həftə bazaya qayıdaraq mühəndislərlə birlikdə mövsümün ilk iki yarışını təhlil etdik və Melburna hazırlaşdıq. Bu həftəsonu öyrəndiyimiz hər şeyi tətbiq etməyə və komanda üçün xallar qazanmağa çalışacağıq”.
Şərh əlavə et