Rimac Automobili-nin qurucusu Mate Rimak özünəməxsus hiperkarını – unikal Rimac Nevera-nı nümayiş etdirib. O, sosial mediada “Nəhayət, gündəlik avtomobilim hazırdır” deyib.
Şirkət rəhbəri rənglənməmiş karbon lifi ilə tünd qırmızı rəngləri birləşdirən avtomobil seçib. Bundan əlavə, Xorvatiya əsilli Rimak öz ölkəsinin bayrağını arxa görünüş güzgülərinə yerləşdirib, oturacaqların başlıqları ilə Mate Rimak və həyat yoldaşı Katarinanın şərəfinə M8 və K8 nişanları ilə bəzədilib. Qeyd olunur ki, bu nevera texniki cəhətdən standart modeldən fərqlənmir.
Rimac Nevera 2018-ci ildə Cenevrə avtosalonunda rəsmi debüt edib. 1914 at gücü hasil edən mühərrikə malik hiperkar 100 km/saat həddini 1,8 saniyəyə çatır və 2022-ci ildə 415 km/saat sürətə çataraq dünyanın ən sürətli seriyalı elektrik avtomobilinə çevrilib. Bu maşın həm də elektrik mühərrikli avtomobillər üçün Nordşlayfda rekorda sahibdir – 7.05.298. Maşının daha bir maraqlı rekordu isə geriyə doğru gedərkən ən sürətli olmasıdır.
Qeyd edək ki, Nevera modeli 150 nüsxədə buraxılıb və qiyməti 2 milyon dollardan çoxdur
Şərh əlavə et