Kokpit.az xatırladır ki, Səudiyyə Ərəbistanında mövsümün ikinci mərhələsi Red Bull-un ardıcıl ikinci qələbəsi ilə başa çatıb. Maks Ferstappenin bukmeker kontorlarına görə qarşıdakı yarışın favoriti olması təəccüblü deyil. Onun Melburnda qalib gəlmək şansının komanda yoldaşı Serxio Peresdən yeddi dəfə yüksək olduğu təxmin edilir. Red Bull sürücüləri nəzərə alınmazsa, qalib gəlməyə ən real namizəd, Şarl Leklerdir.
Maks Ferstappen – 1.17
Serxio Peres – 8.5
Şarl Lekler – 9.50
Lando Norris, Lyuis Həmilton, Corc Rassell – 20.00
Oskar Piastri, Fernando Alonso, Karlos Sayns – 40.00
Yekunda titulu kimin qazanacağı ilə bağlı mərcdə Maks mübahisəsiz favorit olaraq qalır və ona qoyulan əmsal da hər yarışdan sonra daha da azalır. Maşın o qədər güclüdür ki, son qələbəsinin üzərindən bir ilə yaxın vaxt keçən Peres bu reytinqdə də ikincidir…
Maks Ferstappen – 1.07
Serxio Peres – 8.0
Şarl Lekler – 12.00
Fernando Alonso – 20.00
Lyuis Həmilton – 24.00
Red Bull Mühəndislər Kubokunun qalibi olmaq üçün mərclərə liderlik edir. Komandadakı “Horner işi” ilə bağlı qalmaqallar hələ də trasdakı nəticələrə təsir göstərməyib.
Red Bull – 1.04
Ferrari – 10.00
Mercedes, McLaren – 17.00
Aston Martin – 150.00
Alpine, RB, Sauber, Williams, Haas – 750.00
Şərh əlavə et