Kokpit.az bu xəbəri Britaniya mətbuatına istinadən verir.
Kristian Horner bu ittihamları həmişə rədd edib. BBC Sport-un məlumatına görə fevralın 2-də FİA-ya bu barədə şikayət daxil olub və qurumdan bu mövzunu araşdırmasını istəyib. İkinci şikayət isə martın 6-da olub və şikayətçi bildirib ki, tədbir görülməsə, mətbuata açıqlama verəcək.
Red Bull-un mətbuat xidmətinin işçisi şikayətdən xəbəri olmadığını və bu barədə bir söz demək istəmədiyini söyləyib.
Həmin qadın isə Red Bull-un şikayəti rədd etməsindən sonra FİA-ya müraciət edib. O, bir vəkil tərəfindən aparılan araşdırmadan sonra verilən qərarın yenidən nəzərdən keçirilməsini istəyir.
Hornerə qarşı qaldırılan ittihamlar fevralın əvvəlində ortaya çıxmlş, amma bu araşdırma əslində yanvarın əvvəlində başlamışdı. Red Bull-un dediyinə görə araşdırma 10 həftə çəkib. Şirkət bunun üçün xaricdən müstəqil vəkil tutub. Vəkilin verdiyi raport rəhbərliyə gələndən sonra isə şikayət rədd edilib. Bu hadisənin sabahsı günü isə Hornerin yazışmaları olan dosye 150 yüksək səviyyəli Formula 1 işçisinə və mediaya göndərilib. Red Bull isə gizliliyə görə bu barədə məlumat verməyib.
Kristian Horner Səudiyyə Ərəbistanında bunları demişdi: “Reallıq budur ki, ortada bir şikayət var və bu peşəkar bir qrup tərəfindən nəzarət alınıb. Qrup bu iş üçün nüfuzlu bir məsləhətçi təyin etdi. O, reallıqları araşdırmaq üçün vaxt ayırdı. Hər şeyi təhlil etdi və şikayət rədd olundu. Beləliklə yolumuza davam edəcəyik”.
Qeyd edək ki, Kristian Hornerə görə Red Bull-un rəhbərliyində də fikir ayrılıqları formalaşıb. Üç ortandan ikisi 50 yaşlı rəhbərin komandadan göndərilməsini istəyir. Lakin şirkətin 51 faiz səhmlərinin sahibi Çalerm Yovidya Kristian Hornerin arxasındadır. Buna baxmayaraq, keçən həftəsonu üç rəhbər bir araya gələrək, Yovidyanı Hornerin qovulmasına razı salmağa çalışıb.
Şərh əlavə et