Kokpit.az xatırladır ki, britaniyalı sürücü Karlos Saynsın xəstələnməsi ilə Səudiyyə Ərəbistanı yarışında Ferrari-nin sükanı arxasına keçmiş və yarışı 7-ci yerdə bitirərək, əla iş görmüşdü.
Uzun illərdir ki, BBC-də Formula 1 müxbiri olan Əndryu Benson düşünür ki, Haas-dan əlavə 3 komanda Olli Birmanı heyətində görmək istəyir: “Artıq Formula 1-ə hazırdır və komanda yoldaşı Şarl Lekler də başqa sürücülər kimi bunu təsdiqlədi. Bəs harada yarışa bilər? Birman Ferrari Sürücü Akademiyasının yetirməsidir və onu əldən vermək istəmirlər. Buna görə də ən əsas namizəd Ferrari-nin müştəri komandası Haas olacaq.
Lakin Səudiyyə Ərəbistanındakı performansından sonra onunla maraqlanan çox komanda olacaq. Bunlar Williams, Alpine ya da Sauber ola bilər”.
Qeyd edək ki, Birmanın Avstraliyada harada yarışacağı hələ məlum olmayıb. Əgər Karlos Sayns qayıtsa, britaniyalı sürücü Formula 2-də yarışacaq. Yox əgər ispaniyalı pilot tam sağalmasa, biz qırmızı kombinezonlarda yenə də Lekler-Birman cütünü görəcəyik.
Şərh əlavə et