Kokpit.az xatırladır ki, Kevin Maqnussen Səudiyyə Ərəbistanı yarışında Niko Hülkenberqə kömək edib. O, arxada rəqiblərini ləngidərək, almaniyalı sürücünün bir pit-stopluq fərq açmasına imkan yaradıb. Kevin bu anda Aleks Elbonla insident yaşayıb və 10 saniyə cəza alıb. Danimarkalı pilotun sərgüzəştləri bununla bitməyib. O, daha sonra Yuki Tsunodanı tras xaricindən keçərək, növbəti 10 saniyəlik cəzanı alıb.
Beləliklə, Niki Hülkenberq yarışı 10-cu yerdə bitirərək, komandası üçün qızıl dəyərində 1 xal qazanıb və Haas komandası hazırda Mühəndislər Kubokunda 6-cı yerdədir.
Ayao Komatsu: “Bu, çox vacib idi. Əsl qızıl tozu kimi şey idi. Bir xal üçün rəqiblərimizlə yarışırıq və buna görə də hər şey qaydasında olmalıdır. Komanda adına çox sevinirəm. Hamı öz üstünə düşəni etdi. Yarış komandamız mükəmmələ yaxın idi.
Bu, əsl sürpriz idi, çünki biz ən kiçik komandayıq. Buna görə də qışda tapdığımızı məlumatları rəqiblərimiz çoxdan tapdığını düşünürük. Mövsümün əvvəlində yarış tempi və təkər işlətmə ilə bağlı problemlərimizi belə düşünə bilməmişdik.
Əlbəttə, maşın keçənilkinə nisbətən yaxşıdır. Ancaq Bəhreyn və Ciddə kimi sürətli traslarda dövrəvi nəticə deltasının dəyişdiyini görə bilirik. Burada sıralanma turunda maksimum 12-ci ola biləcəyimizi bilirdik. Ancaq Bəhreyndə son sessiyaya qalmışdıq və yarışda da maşınımız güclü idi”.
Şərh əlavə et