Kokpit.az bildirir ki, Suzukadakı trasa təqvimdə təkərlərə ən tələbkar olanlardan biridir, yan tərəflərdən yüksək yüklənmələrlə yanaşı, asfaltın təkərləri çox aşındırması halı yaşanır, buna görə də ən sərt tərkiblər – C1, C2 və C3 seçilib.
Digər iki yarışın baş tutacağı traslar fərqli xüsusiyyətlərə malik olsalar da, Pirelli hər ikisinə orta üçlük sayılan C2, C3 və C4 tərkiblərini gətirəcək.
Qeyd edək ki, Şanxay trası beş illik fasilədən sonra təqvimə qayıdır. Yeni maşınların orada təkərlərlə necə davranacağını demək çətindir. Mayamidə asfaltın hamarlığı bilinən məsələdir, lakin məchul olan havadır – müxtəlif hava şəraiti təkərlərin fərqli davranmasına gətirib çıxara bilər…
Yarış/Tərkib | C1 | C2 | C3 | C4 | C5 |
Bəhreyn | – | – | |||
Səudiyyə Ərəbistanı | – | – | |||
Avstraliya | – | – | |||
Yaponiya | |||||
Çin | |||||
Mayami |
Şərh əlavə et