Kokpit.az bildirir ki, bu maşınlardan yalnız 120 ədəd istehsal olunacaq və onların hər biri, yaradıcıların dediyinə görə, təkrarolunmaz zövqün əbədi simvoluna çevriləcək.
Rolls-Royce Ghost Prism standart ikinci nəsil Prism-də olan eyni 6,75 litrlik V12 mühərrik ilə təchiz ediləcək. Bu mühərrik 570 at gücü hasil edir. Rolls-Royce Ghost 97 km/saata 4,3 saniyəyə sürətlənir və maksimal sürəti 249 km/saatdır.
Qeyd edək ki, bir qədər əvvəl Rolls-Royce Sinqapurdan olan sahibi üçün fərdi layihə əsasında yaradılmış eksklüziv Arcadia Droptail-i təqdim etmişdi. Ümumilikdə cəmi dörd Droptail yaradılacaq və Arcadia onların üçüncüsüdür.
Şərh əlavə et