Son illərin çempion komandası üçün tras üzərində işlər qaydasında getsə də, artıq demək olar ki, bütün vəzifəli şəxsləri ətrafında narahatedici söhbətlər gəzir. Komandanın uğurlarında ən böyük paylardan birinə sahib olan britaniyalı mütəxəssis də bu mənada istisna deyil.a
Kokpit.az bildirir ki, hətta Adrianın Red Bull ilə əməkdaşlığı tamamilkə dayandıraraq Ferrari və ya Mercedes-ə keçəcəyi də şayiələr arasındadır.
Bununla belə, PlanetF1 mənbələri iddia edir ki, Red Bull Racing-in Nyuinin işəgötürənini dəyişə biləcəyindən narahatlığı yoxdur. Adrian həqiqətən də indi daha çox RB17 layihəsi üzərində işləyir, lakin o, Formula 1 komandasındakı vəzifəsindən kənarlaşdırılmayıb. O, mövsümün növbəti mərhələsi üçün Melburn şəhərinə uçmayacaq.
Bununla belə, Red Bull Racing təsdiqləyib ki, Nyui aprelin əvvəlində Suzukada keçiriləcək Yaponiya Qran Prisində iştirak etməyi planlaşdırır.
Şərh əlavə et