Kokpit.az xatırladır ki, cari mövsüm Bəhreyn və Səudiyyə Ərəbistanı mərhələləri ilə martın 11-də başbaşlayıb və martın 10-da daxil olan Ramazan ayı öncəsi yarışları başa çatdırmaq üçün həftəsonlarını əhatə edən bütün hadisələr bir gün əvvələ keçirilib – yəni, həftəsonu proqramı cümə axşamı-şənbə günlərini əhatə edib.
Növbəti il Ramazan ayı martın 1-də başlayacaq, buna görə də bu mövsümün əvvəlindəki sxem təkrarlansa, yarışlar fevralın 16 və 23-də, qış testləri isə fevralın 6-dan 8-ə kimi keçirilməlidir ki, bu da uyğun deyil. Çünki qış fasiləsi çox qısa olacaq.
Çox güman ki, gələn il qış testləri həmişəki tarixlərdə Bəhreyndə keçiriləcək və mövsüm Melburnda başlayacaq. Açılış yarışı ilkin olaraq builki ilə eyni tarixə – 2 mart tarixinə planlaşdırılıb, lakin 2025-ci ildə bu, bazar gününə təsadüf edəcək…
Şərh əlavə et