Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Felipe Massa 2008-ci il çempionluğu üçün məhkəməyə müraciət edib

Sabiq Formula 1 sürücüsü Felipe Massa 2008-ci ilin Sinqapur yarışında baş verən qəza skandalına görə London Ali Məhkəməsində FİA, FOM və Formula 1-in sabiq rəhbəri Berni Ekklstouna qarşı proses başladıb. 

Kokpit.az bildirir ki, Felipe Massanın təmsilçiləri 2008-ci ildə Lyuis Həmiltona qarşı Felipe Massanın 1 xal fərqlə itirdiyi Dünya Çempionluğunu qazanmaq üçün Ali Məhkəməyə müraciət ediblər. 

Felipe Massa düşünür ki, Marina Bay trasındakı yerış ləğv edilməli idi, amma bu olmadığı üçün titul onun əlindən gedib. O yarışda Renault komandasının sürücüsü Nelson Pike təhlükəsizlik maşını trasa çıxsın deyə bilərək qəza etmiş və digər Renault sürücüsü Fernando Alonso yarışı qazanmışdı. Lyuis Həmilton isə yarışı ikinci yerdə bitirmişdi. Yarışa pouldan başlayan Felipe Massa isə pit-stopda edilən səhvə görə xalsız qalmışdı.

Keçən il Berni Ekklstoun verdiyi intervyuların birində demişdi ki, o vaxt bu hadisənin araşdırılması və yarışın ləğv olunması üçün əllərində yetəri qədər məlumat olub. Lakin britaniyalı sabiq rəhbər sonradan o intervyunu xatırlamadığını demişdi.

Brailiyanın hüquq firması Vieira Rezende Advigados bu barədə belə açıqlama verib: “Cənab Felipe Massa tələb edir ki, FİA 2008-ci ilin Sinqapur yarışında Nelson Pikenin qəzasını dərhal araşdırmayaraq qaydaları pozduğunu və düzgün hərəkət etmədiyi ilə bağlı bəyanat yaysın.

Massa həmin il Sürücülər Çempionatının qalibi ola bilərdi. Buan görə də o, cənab Ekklstoundan, FOM-dan və FİA-dan yüklü miqdarda təzminat istəyir.  İndiyə kimi Massa dostça çarə tapmağa çalışsa da, xeyri olmadı. Buna görə də Cənab Massanın qanuni yollara əl atmaqdan başqa çarəsi qalmadı”.

Felipe MAssa 60-150 milyon Funt arasında təzminat tələb edir. FOM isə bu barədə heç bir açıqlama verməyib.

Rauf Hacıyev

Şərh əlavə et