Xəbəri Kokpitdə Oxuyun!

Xorxe Martin mövsümün ilk poulunu qazanıb

Xorxe Martin mövsümün ilk sıralanma turunda poul qazanıb.

Kokpit.az xatırladır ki, MotoGP üzrə 2024-cü il Qətər Qran Prisi ilə açılıb. Xorxe Martin 1.50.789-luq fantastik dövrə ataraq, Aleş Esparqaronu 0.083 saniyə qabaqlayıb və mövsümün ilk poulunu əldə edib.

Keçən mövsümü ikinci bitirən ispaniyalı sürücü son cəhdində nəticəsini yaxşılaşdıra bilərdi, amma KTM-dən Bred Binderin qəzası buna mane olub. Banyaya isə son sektora gələndə Martindən 0.1 saniyə öndə idi, amma etdiyi səhvə görə çox vaxt itirib və beşinci yeri tutub. Üçüncü yeri Enea Bastyanini tutub. Dördüncü yerdə isə Bred binder qərarlaşıb.

Gresini Ducati ilə ilk dəfə bir yarış həftəsonuna çıxan Mark Mrkes isə 6-cı yerlə kifayətlənib. Bu il VR46 komandasına transfer olan Fabio Di Canantonio yeddinci, debütant Pedro Akosta 8-ci, Aleks Markes isə 9-cu, Maverik vinyales 10-cu olaraq, onluğu bağlayıblar. Onları Cek Miller və Raul Fernandes izləyiblər.

Yohan Zarko 13-cü, Migel Oliveyra 14-cü, Marko Bezzekki 15-ci, Fabuio Kuartararo 16-cı yerləri tutublar. Kuartararonun komanda yoldaşı Aleks Rins isə mexaniki problem yaşayaraq, 20-ciliyə razı olub.

Honda komandasının sürücüsü Xoan Mir birinci sessiyanın bitməsinə 1 dəqiqə qalmış qəza edib və o, açılış yarışına 17-ci yerdən başlayacaq. Onun komanda yoldaşı Luka Marini isə sadəcə 21-ci yeri tuta bilib. O, sadəcə Pramac komandasının sürücüsü Franko Morbidellini qabaqlaya bilib.

 

Rauf Hacıyev

Şərh əlavə et