Kokpit.az xatırladır ki, meksikalı sürücü üçüncü başladığı Ciddədə Lekleri keçərək, ikinci olub. O, pit-stopda ikən trasa təhlükəli qayıtdığı üçün 5 saniyə cəza alsa da, nəticəyə təsiri olmayıb.
Serxio Peres: “Qətiliklə deyə bilərəm ki, yaxşı nəticə göstərdik. Sadəcə ön cərgədən başlamamaq utancvericidir, çünki əla start almışdıq. Heyif ki, Şarl yerini qorudu. Gözəl mübarizə idi.
Daha sonra təhlükəsizlik maşını gəldi. Çox tez gəldiyi üçün riskli yarış oldu. Hard təkərlərlə çox uzun yol qət etdik.
Bəzən çətin idi. Xüsusən də startda… Təkərləri qızdıra bilmədik. Çox sürüşürdü və Lyuislə Landonu keçmək çox vaxtımızı aldı.
Ümumilikdə komanda üçün gözəl gün idi. Bəhreyn çox fərqli trasdır. Güclü qalmağa davam edirik. Buna görə də tempimizi davam etdirməliyik.
Məncə, Bəhreynə nisbətən bir addım qabağa getmişik. Dünənə nisbətən yarışda qabağa getdik. Lakin hələ düzəltməli şeylər var və bizim də vaxtımız gələcək.
Beş saniyəlik cəzanı almaq utancvericidir. Lakin yarışımıza zərər vermədi. Amma Maksa yaxın idim. Hamı eyni anda pitə gəldi və yerimiz yox idi”.
Şərh əlavə et