Kokpit.az bildirir ki, bu prosesin 2026-cı ilə qədər tamamlanması gözlənilirdi, amma bir az önə çəkilib. Audi bundan başqa təkmilləşmə rəhbəri olan Oliver Hoffmanı Sauber şirkətinin idarə heyətinin rəhbəri olaraq təyin edib və bu layihəyə olan sədaqətini daha da artırıb. Hoffman Audi F1 komandasının rəhbəri Andreas Zaydlla birlikdə işləyəcək. Zaydl həm Formula 1 layihəsini idarə edəcək, həm komandanın idarəsindən məsul olacaq, həm də komandanın mətbuat önündəki siması kimi iştirak edəcək.
Audi Yoxlama Şöbəsinin rəhbəri Manfred Doss: “Formula 1-ə giriş Audi-nin avtoidmandakı çox uğurlu tarixinin zirvəsi olacaq. Bu həm maliyyə cəhətdən, həm də idman cəhətdən çox böyük çətinlikdir. Oliver Hofmanın məsuliyyətinin artırılması və Sauber Qrupunun tamamilə sarın alınmasının hesanına 2026-cı ilə olan hazırlıq prosesini sürətləndirəcəyik”.
Audi-nin Sauber-i alması və idarə heyətini dəyişdirmə qərarı şirkətin Formula 1-ə olan sədaqətini və prosesi sürətləndirməsi onların istəyini göstərir.
Hoffman Audi Sport-un rəhbəri olduğu müddətdə DTM və Formula E-də önəmli uğurlar qazanıb. Audi bundan başqa Dakarda elektrik motorlu maşınla qalib gələn ilk komanda oldu.
Oliver Hoffman: “Avtoidman, xüsusən də Formula 1 mənim ən böyük sevgimdir. Sauber Group-un tam alınması ilə 2026-cı il üçün işlərimizi daha da sürətləndirəcəyik.
Andreas Zaydlı Formula 1 komanfasının rəhbəri kimi təyin etdiyimiz üçün sevincliyəm. O, bizim iddialı planlarımız üçün ən düzgün adamdır. Onun təcrübələri Audi-nin Formula 1 layihəsinə çox şey qatacaq”.
Andreas Zaydl isə bunları deyib: “Audi-ni Formula 1-ə daşımaq üçün səbirsizlənirəm. Hinvilldə və Neyburqda necə rəqabətədavamlı olacağımıza dair planlarımız var. Bunları reallaşdırmaq üçün işləməyə davam edəcəyik və Audi-nin Sauber-i tam satın alması ilə bu proses daha da sürətlənəcək”.
Şərh əlavə et