Xəbəri Kokpitdə Oxuyun!

O.Birman: Həm sevincliyəm, həm kədərli

Səudiyyə Ərəbistanında Karlos Saynsı əvəz edən Oliver Birman bildirib ki, həm xoşbəxt, həm də məyusdur.

Kokpit.az xatırladır ki, Karlos Sayns apendisit əməliyyatına girdiyi üçün Səudiyyə Ərəbistanı Qran Prisindən çəkilməli olub. İspaniyalı sürücünü isə Ferrari-nin ehtiyat sürücüsü Oliver Birman əvəz edib

Britaniyalı sürücü sükan arxasına ilk dəfə üçüncü sərbəst yürüşlərdə keçib. Sıralanma turunda isə 11-ci yeri tutaraq, son sessiyaya qala bilməyib.

Oliver Birman: “Hazırda qürurlu deyiləm, içimdəki yarışçı ruh bilir ki, bolid son sessiyaya qədər gedə bilərdi. Buna görə də çox məyus oldum. Lakin bir neçə gün sonra düşünəndə sıralanma turundakı performansıma görə özümlə fəxr edəcəm. Ancaq hazırda ən yaxşısını etməyə və komandaya xal qazandırmağa çalışıram, çünki əsl məqsədim budur”.

Oliver Birman bildirib ki, trasa çıxarkən ən böyük məqsədi çoxlu dövrələr vurmaqdır: Məqsədim mümkün qədər çox dövrə vurmaq idi, çünki sərbəst yürüşləri qaçırdığım üçün vəziyyət yaxşı deyildi.

Soft təkər yaxşı dözür. Çox dözümlüdür və buna görə də birinci sessiyada mümkün qədər çox dövrə vurdum. İkinci sessiya isə qarışıq idi. Bir neçə səhv etdim və buna görə də məyus oldum”.

Oliver Birman əlavə edib ki, günə başlayanda belə fürsət əldə edəcəyini gözləmirmiş: “Açıq danışsam, nələr olacağını bilmirdim. Şənbə günü səhər çox hazır formada oyandım və Formula 2-yə fokuslanmışdım. Sonra üçüncü sərbəst yürüşlərdən bir neçə saat əvvəl bu məsələ ilə bağlı zəng gəldi.

Əlbəttə, belə formada olmasını istəməzdim. Karlosa xoş arzularımə çatdırır və tez sağalmasını ümid edirəm. Lakin yenə də gözəl fürsətdir.

Sözün açığı həyəcanlamağa və ya çox düşünməyə vaxtım olmadı, çünki xəbər o qədər gec gəldi ki, o dəqiqə sürətlənməyə və itirdiyim vaxtı bərpa etməyə fokuslandım.

Dördüncü gün maşında olmamaq işləri daha da çətinləşdirdi. Mühəndislərlə birlikdə hər şeyi anlamağa və mümkün qədər tez sürətlənməyə çalışırdım. Yəni ki, həyəcanlanmağa vaxtım yox idi. Nəyə diqqət etməli olduğumu və nə edəcəyimi bilirdim. Vəziyyətin ciddiyətini düşünəcək vaxtım yox idi. Bəlkə də bu yaxşı haldır”.

Oliver Birman Formula 2-də sıralanma turunda poul almışdı, lakin Saynsı əvəz etdiyi üçün orada yarışmaqdan imtina etdi. Olli bu barədə belə danışıb: “Formula 2-nin məqsədi Formula 1-də yarışmaqdır. Elə deyil? Yəni ki, bu fürsəti qaçırmamalı idim.

Bunu əldən vermək olmazdı. Formula 1-də yaxşı mövsüm keçirsəm, bu, Formula 2-də yarış ya da poul qazanmaqdan daha çox təsirli olar. Bəli, Formula 2-də işin yarısını görmüşəm. Poul qazandım və ümid edirəm ki, yarışda bir neçə xal qazanıb, özümü yaxşı tərəfdən göstərərəm.

Gecə yaxşı yatmalıyam. Hər şeydən əvvəl yaxşı yatmalıyam, çünki önümdə uzun yarış var. İndiyə kimi ən uzun yarışım olacaq. Görək necə keçir. Yenə də nəzər salmalı olduğum bəzi detallar var. Xüsusən də, üçüncü sərbəst yürüşlərdə yarış tempində sürməyimin təhlilini aparmalır, startlar, pit-stoplar və üzərində işləməli olduğum prosedurları dəyərləndirməliyəm. Məni gərgin bir gün gözləyir. Orada özümü yaxşı tərəfdən göstərməyə çalışacağam”.

Qeyd edək ki, Oliver Birman Formula 1-də yarışan ən gənc üçüncü sürücü olacaq. Formula 1-də debüt edən ən gənc sürücü hazırda peletonda olan və son 3 ildə Dünya Çempionluğunu qeyd edən Maks Ferstappendir. Formula 2-də debüt edən ən gənc ikinci sürücü də hazırda peletondadır. O, Ləns Strolldur. Birman həm də Ferrari tarixinin ən gənc sürücüsüdür.

Bundan başqa Oliver Birman 1999-cu ildən sonra Formula 1-də Ferrari sürən ilk britaniyalı pilot olacaq. Qırmızı maşını sürmüş son britaniyalı sürücü isə Eddi İrvayn olub.

 

 

Rauf Hacıyev

Şərh əlavə et