Xəbəri Kokpitdə Oxuyun!

Marko Red Bull-dan uzaqlaşdırıla bilər

Red Bull-dakı hadisələrin axarı Kristian Hornerin xeyrinə cərəyan edir. Belə ki, Helmut Markonun komandadan göndərilməsi gündəmə gəlib.

Kokpit.az xəbər verir ki, son həftələr gündəmi zəbt etmiş skandalın məhz Helmut tərəfindən təşkil olunmasına dair təsdiqlənməmiş məlumatlar var. Qocaman mütəxəssis “Horner işi” ilə bağlı məxfi məlumatların mətbuata sızdırılması ilə bağlı aparılan araşdırmalardan sonra komandadakı yerini itirməklə üzləşib.

Avstriyanın ORF telekanalına danışan Marko deyib: “Mühakimə yürütmək mənim üçün çətindir, amma sonda nə edəcəyimə qərar vermək mənim ixtiyarımdadır. İşdən uzaqlaşdırılmam nəzəri olaraq mmümkündür. Amma bu çətin sualdır. Bu dünya çempionatı kifayət qədər çətin olacaq, 24 yarış var və diqqətimizi işə yönəltməliyik”.

Elçin Zodorov

Şərh əlavə et