Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen yeni ötürmələr qutusuna keçib

Red Bull komandasının sürücüsü Maks Ferstappen cümə günü yeni ötürmələr qutusuna keçib.

Kokpit.az bildirir ki, FİA tərəfindən yayımlanan açıqlamaya əsasən iki sürücünün güc qurğusunda dəyişiklik edilib. Bu sürücülər Williams-dan Aleks Elbon, Sauber-dən Valtteri Bottasdır. Elbon yeni enerji depolayıcısı və idarəetmə elektronikası qurğusuna keçib. İlk yarışda Norrisin bolidində eyni qurğular dəyişdirilmişdi.

Sauber isə Bottasın maşınında idarəetmə elektronikasını dəyişib. Bundan başqa Maks Ferstappen və Oliver Birman yeni ötürmələr qutusuna keçiblər. Beləliklə, favoritlər arasında ilk ötürmələr qutusunu dəyişən Maks Ferstappen olub.

Rauf Hacıyev

Şərh əlavə et