Kokpit.az xatırladır ki, niderlandlı sürücü bütün yarışı lider apararaq, builki ikinci qələbəsini qazanıb və ümumilikdə qələbə sayını 56-ya çatdırıb.
Maks Ferstappen: “Bəli, bütün komanda üçün əla həftəsonu oldu. Eyni zamanda mənim üçün də elə oldu. Boliddə doğrudan da özümü yaxşı hiss etdim və yarışda da əsasən elə idi.
Təbii ki, Hard təkərlərlə istədiyimizdən çox getdik, amma təhlükəsizlik maşını vaxtı bunu etməli idik. Buna görə də son dövrələr çətin keçdi. Yenə də hər yerdə tempimiz var idi. Aradakı fərqi yaxşı nəzarətdə saxladıq. Yəni ki, çox xoşbəxtəm.
Yarış çətin keçdi. Bu təkərlə bu qədər uzun yarış keçirmək istəməzsiniz. Ancaq bunu etməli idik. Təbii ki, buradakı bütün yüksək sürətli döngələrdə təkərlər yeyilərkən sürmək çətin olur”.
Şərh əlavə et