Xəbəri Kokpitdə Oxuyun!

K.Sayns əməliyyat olunub

Ferrari komandasının sürücüsü Karlos Sayns əməliyyat olunub və onun vəziyyəti yaxşıdır.

Kokpit.az xatırladır ki, ispaniyalı sürücü çərşənbə günü özünü pis hiss etmiş və mətbuat konfransına qatılmamışdı. O, cümə günü də paddoka gəlməyib. Daha sonda 30 yaşlı pilotun apendisit problemi yaşadığı ortaya çıxıb və o yarışdan çəkilməli olub.

O, bu gün əməliyyata alınıb. Ferrari komandası bildirib ki, Saynsın vəziyyəti yaxşıdır.

Ferrari komandası bu açıqlamanı yayıb: “Karlos əməliyyatdan çıxdı. Hər şey qaydasındadır və xəstəxanada dincəlir. Tez sağalması üçün ona dəstəyimizi göndəririk”.

Karlos Saynsın Avstraliyada qayıtması gözlənilir.

Rauf Hacıyev

Şərh əlavə et