Kokpit.az xatırladır ki, ispaniyalı sürücü Ciddədəki sıralanma turunda bir ara poul üçün mübarizə aparmağa yaxın olsa da, yekunda dördüncü yeri tutub.
Fernando Alonso: “Nəticəyə təəccübləndik. Bu maşının vahid dövrədəki performansı bizi hələ də təəccübləndirir. Məncə, ikinci cərgə bizim real yerimiz deyil.
Bəhreyndə də gördük. Sərbəst yürüşlərdə və sıralanma turunda çox güclü idik. Yarışda isə McLaren, Ferrari, Red Bull və Mercedes-dən sonra beşinci komanda olaraq öz yerimizə geri qayıtdıq. Burada da demək olar ki, eynisi yaşandı. Vahid dövrədə çox rəqabətədavamlıyıq və bolid əla reaksiya verir. Lakin yarış üçün çox narahatıq.
Bəhreyndə vahid dövrədə yarış tempindən daha sürətli idik. Burada isə dördüncü gün yeni təkərlərlə Bəhreyndəki yarışdan daha yaxşı görünürdük. Yəni ki, bir qrafik var. Bu il vahid dövrədə yarış tempindən daha güclü görünürük. Buna görə də maşının üzərində bur neçə sazlanma etdik. Yarışda bir az çətinlik çəkirik, amma cavabı axşam məlum olacaq.
Məncə, yeni təkərlər bəzən maşının real performansını maskalayır. Yarışda isə real gücü gizlətmək mümkün deyil. Yarışda yavaş-yavaş öz yerimizə qayıdırıq. Məncə, ilk dörd komandaya çatmaq üçün görəcəyimiz işlər var. Amma ümid edirəm ki, yarışda yermizo mümkün qədər müdafiə edə biləcəyik”.
Şərh əlavə et