Kokpit.az xatırladır ki, meksikalı sürücü komanda yoldaşı Maks Ferstappendən 0.3 saniyə geridə qalaraq, sıralanma turunda üçüncü yeri tutub.
Serxio Peres: “Son dövrəmdə yetəri qədər inkişaf edə bilmədim və buna görə də ilk cərgəni qaçırdıq. Ümumilikdə Maks çox gözəl dövrə vurdu. Bu gün mənim üçün birinci yer mümkünsüz idi, amma ilk cərgəni tuta bilərdik. Buna baxmayaraq sabah üçün yenə də mübarizənin içində olacağıq. ,Uzun yarış olacaq və hər şey ola bilər.
Sabah maraqlı yarış olacaq. Məncə, uzun və əyləncəli yarış görəcəyik. Çox qıza olacağını düşünürəm. Ərtafımızdakı maşınlar hamısı bir-birlərinə yaxındırlar və buna görə də maraqlı mübarizə izləyəcəyik”.
Şərh əlavə et