Xəbəri Kokpitdə Oxuyun!

Ş.Lekler: Birman inanılmaz iş gördü

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, Oliver Birman bugünkü sıralanma turunda əla nəticə göstərib.

Kokpit.az xatırladır ki, Karlos Sayns apendisit əməliyyatına girdiyi üçün Səudiyyə Ərəbistanı Qran Prisindən çəkilməli olub. İspaniyalı sürücünü isə Ferrari-nin ehtiyat sürücüsü Oliver Birman əvəz edib

Britaniyalı sürücü sükan arxasına ilk dəfə üçüncü sərbəst yürüşlərdə keçib. Sıralanma turunda isə 11-ci yeri tutaraq, son sessiyaya qala bilməyib.

Şarl Lekler isə lider Maks Ferstappendən 0.3 saniyə geridə qalaraq, sıralanma turunda ikinci olub.

Şarl Lekler: “Son sessiyada ilk cəhdimdə təkərləri qızdırarkən fərqli bir şey sınadıq, amma bu bizim üçün heç də yaxşı olmadı. Sonra ikinici cəhdimdə hər şeyi bir araya gətirməyə çalışdım. Buna görə də dövrəmdən razıyam. Sıralanma turunda gözlədiyimizdən bir az zəifik və bu məyusedicidir. Buna baxmayaraq, sabahkı yarışda hamını təəccübləndirərək, Red Bull-a meydan oxumağı ümid edirik. Hər şeydən əvvəl isə Karlosun tez sağalmasını ümid edirəm.

Onun yerinə gələn Olli əla iş gördü. Üçüncü sərbəst yürüşlərdə tez sürətləndi və boliddə rahat idi. Onun adına çox sevinirəm. Bu gün çox xüsusi gündür və Ferrari ilə bir sessiyad abelə iştirak etmək xüsusidir. Ümid edirəm ki, sabah ikimiz də yaxşı yarış keçirib, komanda üçün yaxşı xallar toplayarıq”.

Rauf Hacıyev

Şərh əlavə et