Avtomobil kuzovda və salonda taxta panellərdən istifadə edilməklə qeyri-adi dizayna malikdir, həmçinin Rolls-Royce tarixində ən mürəkkəb siferblatla öyünür – yaradılması iki il çəkib.
Arcadia Droptail sərt ağac panelləri ilə birləşən sakit açıq rənglərdə hazırlanmışdır. Onlar həm kuzovun arxa hissəsində, həm də avtomobilin salonunda istifadə olunur. Qeyd olunur ki, 233 taxta elementin quraşdırılması 8 min saata yaxın vaxt aparıb. Sifarişçinin Sinqapurlu müştəri olduğu bildirilir.
“Bu avtomobil Coachbuild tərəfindən indiyə qədər yaradılmış fərdi üslubun ən dəqiq ifadəsidir” – avtomobilin yaradıcıları deyirlər.
Xatırladaq ki, Rolls-Royce Droptail layihəsi (Boat Tail) 2023-cü ilin avqustunda təqdim edilib. Avtomobil 600 at gücü hasil edən 6,75 litrlik V12 BMW N74 güc qurğusuna malikdir. Rolls-Royce Droptail-in cəmi dörd nümunəsini hazırlayacaq, Arcadia isə onların üçüncüsüdür.
İlk iki avtomobil isə Black Baccara qızılgülünün rənginə boyanmış qırmızı rəngli La Rose Noire Droptail və Globe Amaranth gülünün rəngində olan bənövşəyi Amethyst Droptail modelləridir.
Şərh əlavə et