Kokpit.az xatırladır ki, Haas komandası Bəhreyndə gözləniləndən yaxşı performans göstərərək, əksəriyyəti təəccübləndirmişdi, çünki onların ən yavaş komanda olması gözlənilirdi.
Ciddə də isə gözlənilən olub və amerikan təmsilçisi hamıdan zəif görünüb.
Niko Hülkenberq: “Bu həftəsonu Bəhreyndə gördüyümüzdən fərqli trasdayıq. İlk gün yaxşı keçdi. Hər hansı problemlə üzləşmədik, amma maşının yaxşı olduğunu deyə bilmərəm. Xüsusən də sıralanma tempində daha yaxşısını edə bilərik. Onda orta qrupa yaxınlaşa bilərik, amma hər şey detallara diqqət etməkdən asılıdır.
Ümid edirəm ki, şənbə günü hər şeyi bir araya gətirə bilərik. Bir həftə əvvələ nisbətən vəziyyət daha çətindir, ancaq fərqlər yaxın olduğu üçün gələcəkdə nələrin olacağını bilməzsiniz.
Düzdür, Bəhreyndəki kimi sürətli deyilik, amma Soft təkərlərlə təmiz bir dövrə vura bilmədim. Sadəcə bir dövrə ata bildim. Bundan başqa trasdakı mövqeyim də pis idi. Daha sonra ikinci dövrəni vura bilmədik. Yəni ki, istədiyimiz kimi dövrəvi nəticələr vurmadıq. Məncə, daha yaxşı nəticə mümkün idi. Bəlkə də hamı elə düşünür. Bilmirəm. Lakin mübarizə yaxındır. 0.1 saniyə hesabına bir neçə yer qazana bilərik.
Bundan başqa Ciddə trası Bəhreyndən fərqlidir. Orada orta sürətli döngələr var idi. Ciddədə isə yüksək sürətlə ilk testimizi etdik. Böyük ehtimalla görüləcək bəzi işlər var, amma ümid edirəm ki, problemləri həll edə bilərik.
Hazırda olduğumuz yerdən razı deyilik. Yarış tempimizdən heç də yaxşı deyil. Yenə də fərqlərin yaxın olduğunu düşünürəm. Lakin məncə, görüləcək çox iş var və düşünürəm ki, inkişafa açığıq. Bir neçə şeyi düzəltməliyik və daha sonra vəziyyətimiz yaxşı olacaq. Yenə də deyirəm ki, fərqlər çox yaxındır”.
Qeyd edək ki, Niko Hülkenberq Bəhreyndə sıralanma turunda son sessiyaya qalmışdı.
Şərh əlavə et