Xəbəri Kokpitdə Oxuyun!

Ferstappen son məşqlərdə zirvəyə qayıdıb

Dünənki məşqləri tamamlayan Karlos Sayns media nümayəndələrinin qarşısına səhhətinə görə çıxmayıb. Bu gün onun yenidən sükan arxasına qayıdacağı gözlənilirdi, lakin bu baş verməyib.

Kokpit.az xəbər verir ki, ispan sürücü appendisitdən əməliyyat olunacaq və bu həftəsonunu buraxacaq. Onu Ferrari akademiyasının üzvü Oliver Berman əvəz edəcək. Sabah 18 yaşlı Berman Formula 1 yarışında Ferrari-ni idarə edən ən gənc sürücü olacaq.O, 38 nömrəsini seçib.

İlk sürətli dövrəsində divarla təmas yaşayaraq asılqanını qıran Sarcent bütün sessiyanı boksda keçirməli olub – komandanın mexanikləri onun maşınını vaxtında düzəldə bilməyiblər.

Sona 17 dəqiqə qalmış Çjounun qəzası qırmızı bayraqlara səbəb olub. Sürücü yüklənmə sensoru işə düşdüyü üçün tibbi mərkəzə göndərilib. Maşına ciddi zərər dəyib. Sauber mexanikləri onun maşınını sıralanma turuna çatdırmaq üçün çox çalışmalı olacaqlar. Fasilə 10 dəqiqə çəkib.

Son 5 dəqiqədə hamı Soft təkərlərlə sıralanma turu rejimində sürüb. Bu kiçik yarışdan qalib ayrılan Maks Ferstappen olub – 1:28.412. Görəsən niderlandlı sürücü üstünlüyünü sıralanma turunda da nümayiş etdirə biləcəyik? Bu suala Bakı vaxtı ilə 19:00-da başlayacaq təsnifat mərhələsinin sonunda cavab tapa biləcəyik…

 

Elçin Zodorov

Şərh əlavə et