Xəbəri Kokpitdə Oxuyun!

Ferstappen keçmişi xatırlayıb

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Ciddədə poul aldığı üçün çox sevinclidir.

Kokpit.az xatırladır ki, niderlandlı sürücü sıralanma turunda qüsursuz performans göstərərək, poul qazanıb. O, ən yaxın rəqibi Şarl Leklerə 0.3 saniyə fərq atıb.

Maks Ferstappen: “Çox yaxşı gün idi. Gecə ərzində bir az inkişaf etdik və belə olan halda yüksək sürətli döngələrdə sürətli sürmək üçün inamım artdı. Burada hər şey bolidə inanmaqdan və limitdə getməkdən asılıdır.

Bu gün maşında özümü yaxşı hiss etdim. Sıralanma turu ərzində bu qədər sürətli getmək çox dəlisov hal idi. Son sessiyada özümü çox xoşbəxt hiss etdim. Son döngədə heç səhv etmədim və bu, 2021-ci ildəki dövrəmə bənzəyirdi. Çox yaxşı idi. Çox əyləndim və bolid yaxşı davrandı.

Keçmişdə burada bir neçə dəlisov yarış gördük. Yəni çox şey ola bilər. Burada işlər elə də bəsit deyil, çünki düzlüklər çoxdur. Ancaq bu yarış tempi ilə boliddən maksimumu ala bilərəm”.

Rauf Hacıyev

Şərh əlavə et