Kokpit.az xatırladır ki, McLaren komandası mövsümün ilk yarışı Bəhreyndə Ferrari və MErcedes-in gerisində qalmışdı. Lando Norris yarışı yeddinci, komanda yoldaşı Piastri isə 9-cu yerdə bitirmişdi.
Düzdür, McLaren keçənilki bəhreyn yarışında mövsümə yaxşı başlamamış və Lando Norris finişə 17-ci yerdə çatmışdı. Oskar Piastri isə yarışı bitirə bilməmişdi. Lakin Britaniya komandasının builki hədəfləri daha böyükdür.
Lando Norris: “Ümid edirəm ki, bu hal Səudiyyə Ərəbistanında dəyişər. Ferrari keçən həftə bir addım öndə idi. Mercedes isə bizə daha yaxın idi. Aston Martin isə təəccüblü halda geridə qaldı.
Ancaq belə traslarda hər şey asanlıqla dəyişə bilər. Ümid edirəm ki, Mercedes-i qabaqlayıb, Ferrari-yə potensial rəqib olarıq. Ancaq Ferrari keçmişdə Ciddədə yaxşı olub. Keçən il bu trasda güclü idilər. Bəlkə də böyük dəyişikliklər gözləmirik, amma zirvədə olan komandaların belə gözlənilən nəticələr almasını gözləyirik. Lakin yarışlar keçdikcə komandalar da güclənəcək və yarlşlar çətinləşəcək.
Bəli, əksər sahələrdə yaxşı addımlar atdığımızı düşünürəm, ancaq McLaren komandası kimi istədiyimiz və qışda planlaşdırdığımız yerdə deyilik. Bunu hamı bilir. Düzdür, inkişaf var, amma bu bizim üçün yetərli deyil. Buna görə də bu sahələrdə inkişaf etmək üçün hələ də çox işləməliyik, çünki bunlar sadəcə maşın sürməkdən həzz alacağımız sahələr deyil. Bundan başqa maşından daha yaxşı performans almalı, daha stabil olmalı və daha sürətli nəticələr göstərməliyik”.
Maks Ferstappen mövsümün ilk yarışı Bəhreyndə ən yaxın izləyicisi Serxio Peresə 22 saniyə fərq ataraq qalib gəldi. Lakin Lando Norris bildirib ki, bu hal onu narahat etmir: “Bunun narahatedici hal olduğunu düşünmürəm. Red Bull bu mövsüm bu maçını düzəltmək üçün çox vaxt ayırıb. Buna görə də onlara belə yaxın olduğumuz üçün sevincliyəm. Bilrisiniz ki, bu maşının inkişafına onlar hamıdan əvvəl başladılar. Amma bizim onlara yaxın olduğumuzu görəndə təəccübləndim. Hamı üçün ümid var”.
Şərh əlavə et