Xəbəri Kokpitdə Oxuyun!

Horner skandalının mərkəzində olan qadın işçi şirkətdən uzaqlaşdırılıb

Red Bull komandasının rəhbəri Kristian Hornerlə bağlı iddiaların ortaya atılmasında baş rol oynayan qadın əməkdaş şirkətdən uzaqlaşdırılıb.

Kokpit.az xatırladır ki, Kristian Horner şirkət daxilində bir qadın işçiyə uyğunsuz davrandığı üçün şirkət tərəfindən araşdırılmağa başlamışdı.

Şirkət bu araşdırma üçün müstəqil vəkil tutmuş və Kristian Hornerin Bəhreyn Qran Prisindən əvvəl günahsız olduğu üzə çıxmışdı. Kristianın hadisədən üzüağ çıxmasından sonra şirkət bu açıqlamanı vermişdi: “Cənab Hornerə qarşı ittihamlara görə başladılan araşdırma sona çatmışdır. Red Bull təsdiq edir ki, şikayət rədd edilib. Şikayət sahibi apellyasiyaya müraciət edə bilər”.

Şikayətin detalları barədə açıqlamalar verilməsə də, Britaniya mətbuatının xəbərlərinə görə bu qərardan sonra hadisələrin mərkəzində olan qadın işçiyə qarşı tədbirlər görülüb

Həmin işçi bu həftəyə qədər Red Bull komandasında işləsə də, indi şirkətdən uzaqlaşdırılıb. Mövzu barədə komandadan hər hansı bir açıqlama gəlməyib. Komandanın mətbuat xidmətinin işçisi də bu barədə açıqlama verməyi rədd edib.

Mətbuat xidmətinin işçisi bunları deyib: “Bu, daxili məsələ olduğu üçün açıqlama vermirik”.

Rauf Hacıyev

Şərh əlavə et