Xəbəri Kokpitdə Oxuyun!

Ferstappen yenə əsas favoritdir

Nüfuzlu William Hill bukmeker kontoru Səudiyyə Ərəbistanı Qran Prisinin və mövsümün nəticələri üçün əmsallarını dərc edib.

Kokpit.az xəbər verir ki, Bəhreyndə keçirilən mövsümün ilk yarışı Red Bull Racing-in rəqibləri üzərində ötənilki üstünlüyünü saxladığını nümayiş etdirib. Maks Ferstappen inamlı qələbə qazanıb, ona görə də o, Ciddədə qarşıdan gələn mərhələnin favoriti hesab olunur. Reytinqdə ikinci yerdə Serxio Peres qərarlaşıb.

Maks Ferstappen – 1.17
Serxio Peres – 7.25
Şarl Lekler – 9.00
Lando Norris – 11.00
Lyuis Həmilton – 13.00

Niderlandlı sürücü titulun da əsas namizədi hesab edilir. Keçən yarış ikinci ən güclü komanda təsiri bağışlayan Ferrari-nin monakolu sürücü onun ən “yaxın” rəqibi hesab olunur…

Maks Ferstappen – 1.09
Şarl Lekler – 9.50
Lyuis Həmilton – 13.00
Lando Norris- 18.00
Karlos Sayns – 21.00

Mühəndislər Kubokunu kimin qazanacağı ilə bağlı mərcdə kimin favorit olduğu məlum məsələdir, lakin ilk yarışdakı nəticələrdən sonra McLaren ikinciliyi Ferrari-yə verib.

Red Bull – 1.09
Ferrari6.75
Mercedes, McLaren – 12.00
Aston Martin – 80.00
Alpine, RB, Sauber, Williams, Haas – 750.00

Ervin Əliyev

Şərh əlavə et