Bəhreyndə hava nəzərəçarpacaq dərəcədə sərin idi, lakin orada da maşınlar çox qızırdı. Amma ən böyük maneə güclü külək idi.
Kokpit.az xatırladır ki, Bəhreyndə olduğu kimi, burada da əsas sessiyalar süni işıqlar altında baş tutduğundan, ilk və üçüncü məşq sessiyalarının böyük əhəmiyyəti olmur. Amma yenə də mövsümün əvvəlində maşınları daha yaxşı tanımağa imkan verməsi cəhətdən onları faydalı hesab etmək olar.
Sürücülər sessiyaya Hard təkərlərdə başlayıblar, tədricən daha yumşaq tərkiblərə keçiblər və tempi artırıblar. Çətin və sürətli trasda demək olar ki, heç bir səhvə yol verən sürücü yox idi. Sadəcə olaraq Stroll divara toxunub və ön qanad dəyişdirilməli olub. Mercedes, Alpine, Williams və RB-də sürücülər uzun düzlüklərdə yırğalanmaqdan şikayətləniblər.
Protokollara Maks Ferstappen başçılıq edib – 1:29.659. Məşqlər axşam davam edəcək…
Şərh əlavə et